Ağstafada 2 qardaş bıçaqlanıb, onlardan biri ölüb, digəri ağır vəziyyətdədir


09:12     13 Sentyabr 2021 bicaq.jpg

Ağstafada törədilmiş ağır cinayətin bəzi təfərrüatları məlum olub.

Femida.az -ın məlumatına görə, rayonun Köçəsgər kəndində yerləşən kafelərin birində düşən mübahisə zəminində Zeynalov Yaşar Əmirxan oğlu və qardaşı, 1971-ci il təvəllüdlü Zeynalov Müşfiq Əmirxan oğlu bıçaqlanıb. Ürək nahiyəsindən bıçaq xəsarətləri alan Y.Zeynalov hadisə yerindəcə dünyasını dəyişib. M.Zeynalov isə ağır xəsarətlərlə xəstəxanaya aparılıb.

Hadisəni törətməkdə 1986-cı il təvəllüdlü Məmmədov Sabir Hüseyndik oğlu şübhəli bilinir.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda başlanılıb.

Açar sözlər:

Oxunub: 983