İmişlidə avtomobil aşıb, iki nəfər xəsarət alıb


09:23     13 Sentyabr 2021 2021/09/1696b23b-eec5-376a-8559-0f5426f6adaf_850_1631510639.jpg

İmişlidə xəsarətlə nəticələnən yol qəzası olub.

Femida.az -ın məlumatına görə, hadisə İmişli şəhərində qeydə alınıb. Belə ki, “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində İmişli şəhər sakinləri - 1999-cu il təvəllüdlü Həsənli Aqşin Səhliyar oğlu və 1999-cu il təvəllüdlü Rzayev Rahim İnqilab oğlu xəsarətlər alıb.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 785