Balakəndə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb
09:46 13 Sentyabr 2021
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat tədbirləri həyata keçirilib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat zamanı rayonun Gərəkli kənd sakini, əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş Elşad Mustafayev idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə hərəkətdə olarkən saxlanılıb.
Polis Şöbəsində şəxsi axtarış zamanı ondan bükümlərdə 7 qram, avtomobilə baxış keçirilən zaman isə 144 qram narkotik vasitə olan heroin aşkarlanıb.
Araşdırma zamanı E.Mustafayevin həmin narkotik vasitəni satış məqsədilə üzərində və avtomobilində daşıdığı məlum olub.
Keçirilən digər bir əməliyyat tədbiri nəticəsində isə üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən Mahamalar kənd sakini İlkin Paraşov saxlanılıb. Ondan da heroin aşkar olunaraq götürülüb.
Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib və faktlarla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxunub: 906
Oxşar xəbərlər
- Balakəndə 28 yaşlı kişinin qulağını kəsən şəxs saxlanılıb
- Balakəndə ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 5-i yaralanıb
- Balakəndə əməliyyatlar zamanı narkotiklərlə əlaqədə şübhəli bilinən 7 nəfər tutulub
- Balakəndə həyətyanı sahəsini narkotik plantasiyasına çevirən qadın saxlanılıb
- Balakəndə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 13 nəfər saxlanılıb
- Balakəndə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi barədə araşdırma başlanıb
- Balakəndə videolarını sosial şəbəkədə paylaşan avtoxuliqan sürücü həbs olunub
- Balakəndə iki koronavirus xəstəsi barəsində araşdırma başlanıb
- Balakəndə 75 yaşlı kişi yanaraq ölüb
- Balakəndə marixuana çəkib, sərnişin daşıyan sürücülər saxlanılıb