DİN: "Gədəbəy sakininin polislər tərəfindən döyülməsi ilə bağlı iddialar yalandır"
11:05 13 Sentyabr 2021
"Bəzi xəbər saytlarında və sosial şəbəkələrdə Gədəbəy rayon sakini Namiq Tağıyevin Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən döyməsi ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir və böhtan xarakterlidir".
Bunu Femida.az -a DİN Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov deyib.
O qeyd edib ki, hadisə 2020-ci ilin oktyabr ayının 29-da baş verib: "Həmin vaxt RPŞ-yə Cinayət Məcəlləsinin 322.1-ci (Özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi fiziki və ya hüquqi şəxs tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi mühüm ziyan vurduqda) maddəsi ilə axtarışda olan Namiq Tağıyevin rayonun Plankənd kəndində olması barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal həmin əraziyə gələrək Namiq Tağıyevin saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində qanunamüvafiq tədbirlər görüb. Lakin bu zaman axtarışda olan şəxs özünü yerə ataraq polis əməkdaşının qanunu tələblərinə tabe olmamaqla bərabər ona daşla müxtəlif xəsarətlər yetirib. Bütün bunlara baxmayaraq Namiq Tağıyev saxlanılaraq Polis Şöbəsinə gətirilib".
E.Qasımov deyib ki, rayon prokurorluğundan onun barəsində Cinayət Məcəlləsinin 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanılaraq Gədəbəy rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə N. Tağıyev 4 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Oxunub: 838
Oxşar xəbərlər
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- DİN: Zaqatalada meşədə yanğın törədən şəxs müəyyən edilib
- DİN: "Son 2 ayda Şirvanda 77 nəfər saxlanılıb"
- DİN: “Yaylaq Festivalında tıxac və vətəndaşların yolda qalması xəbərləri əsassızdır”
- DİN: İçərişəhərdə törədilən vandalizm aktı barədə məlumat yayılıb
- DİN: "Şabrandakı yanğında polis və mülki əhali arasında xəsarət alan olmayıb"
- DİN: Son 2 gündə bulvarda itkin düşən 17 uşaq tapılıb
- Ukrayna DİN: Rusiya müharibənin 3-cü mərhələsinə qədəm qoyub
- DİN: "Bakıda qanunsuz aksiyaya cəhdlərin qarşısı alınacaq"
- DİN: "Yeniyetmənin döyülməsini əks etdirən görüntülərlə bağlı araşdırmalara başlanılıb"