Dövlət Komitəsinin Aparat rəhbəri vəzifəsini icra edən şəxs məlum olub


13:22     13 Sentyabr 2021 21_09_13_1631524157.jpg

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri vəzifəsinin icrası müvəqqəti olaraq Amil Cavadova həvalə edilib.

Femida.az -ın xəbərinə görə, bununla bağlı Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı əmr imzalayıb.

A.Cavadov həm də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin köməkçisi vəzifəsini tutur.

Qeyd edək ki, Dövlət Komitəsinin Aparat rəhbəri Alim Süleymanov sentyabrın 13-də koronavirusdan vəfat edib.

Açar sözlər:

Oxunub: 1190