Bakı avtovağzalında vaksinasiya məntəqəsi yaradılıb


17:01     13 Sentyabr 2021 2021/09/6f1d0de8-ab6c-46fe-b840-3f6b7c8c1376_850_1631538155.jpg

Bakı Beynəlxalq Avtovağzal Kompleksində sərnişinlər üçün koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya məntəqəsi təşkil edilib.

Femida.az xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.

“Əgər hər hansı sərnişin regionda 1-ci doza peyvənd vurdurubsa, Bakıya çatanda artıq 2-ci doza peyvəndin vaxtı çatıbsa, bunu vaksinasiya məntəqəsində edə bilər. Məntəqədə hər şey yüksək səviyyədədir, o cümlədən vaksinlərin saxlanılması üçün xüsusi soyuducu var”, - deyə o, qeyd edib.

Femida.az

Açar sözlər:

Oxunub: 171