Ali Hərbi Məktəbdə andiçmə mərasimi keçirilib
21:01 13 Sentyabr 2021
Tədris ilinin başlanması münasibətilə hərbi kadrları hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə yeni qəbul olan kursantların andiçmə mərasimi keçirilib.
Müdafiə Nazirliyindən Femida.az-a Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin şəxsi heyətinin, valideynlərin və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə ulu öndər Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.
Sonra kursantlar sıra meydanında Vətənə sədaqət andı içiblər.
Təntənəli mərasimdə çıxış edənlər kursantlara Vətənə, dövlətə və Ali Baş Komandana, hərbi anda sadiq olmalarını, nümunəvi, nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmalarını, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini tövsiyə ediblər.
Femida.az
Oxunub: 332
Oxşar xəbərlər
- Ali Məhkəmə Əli Əliyevin kassasiya şikayətini təmin etməyib
- Ali Attestasiya Komissiyası sədrinə yeni müavin təyin olunub
- Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü vəfat edib
- Ali Məhkəmə sevgilisini öldürən qadınla bağlı qərar elan edib
- Ali Məhkəmə “Azərişıq” ASC-nin şöbə rəisi ilə bağlı qərar elan edib
- Ali Məhkəmə sevgilisinin qətlini sifariş edən qadınla bağlı qərar çıxarıb
- Ali məktəb və kolleclərə ərizə qəbulu başa çatıb
- Ali məktəblərə tələbə qəbulu qaydalarına dəyişiklik edilib
- Ali məktəblərin magistraturalarına qəbul imtahanı başa çatıb
- Ali Məhkəmə xəstəxanada ana ölümünə görə ginekoloqla bağlı qərar elan edib