Nyu-Yorkda BMT Baş Assambleyasının 76-cı sessiyası başlayır


09:12     14 Sentyabr 2021 21_09_14_1631591073.jpg

BMT Baş Assambleyasının 76-cı sessiyası çərşənbə axşamı öz işinə başlayacaq və 21-27 sentyabr tarixlərində həftəlik yekunla bitəcək.

Femida.az TASS-a istinadən xəbər verir ki, keçən il yeni koronavirus pandemiyası ilə əlaqədar yubiley sessiyasının açılışı virtual keçirilib.

Bu il sessiyada çox sayda ali qonaqların iştirak edəcəyi gözlənilir.

Baş Məclisə Maldivin xarici işlər naziri Abdullah Şahid sədrlik edəcək. Təhlükəsizlik Şurasına sentyabr ayında İrlandiya sədrlik edir.

Sessiyanın əsas mövzusu çətin humanitar vəziyyətin hökm sürdüyü Əfqanıstandakı son durum olacaq.

Qeyd edək ki, BMT Baş katibi Antonio Quterreş Əfqanıstan əhalisinə önümüzdəki dörd ay ərzində kömək etmək məqsədilə 606 milyon dollar toplamaq üçün bazar ertəsi Cenevrədə donor konfransı çağırıb.

Sentyabrın 16-da BMT-nin Əfqanıstana Yardım Missiyasının müddətinin uzadılması ilə bağlı səsvermə keçirilə bilər.

Açar sözlər:

Oxunub: 860