Gəncədə piyadanı maşın vurub öldürüb


09:21     14 Sentyabr 2021 21_09_14_1631591436.jpg

Gəncədə piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Femida.az -ın məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyli prospektində qeydə alınıb.


Hərəkətdə olan avtomobil yolu keçmək istəyən orta yaşlı kişini vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Onun kimliyi dəqiqləşdirilir. İlkin məlumata görə, piyadanı vuran avtomobil hadisə yerindən yayınıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 658