Kürdəmirdə yolu keçən 67 yaşlı kişini avtomobil vurub


10:05     14 Sentyabr 2021 21_09_14_1631592359.jpg

Kürdəmir rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az xəbər verir ki, hadisə rayonun Babək prospektində qeydə alınıb.

Belə ki, “VAZ 2107” markalı avtomobilin sürücüsü yolu keçmək istəyən Kürdəmir rayon sakini, 1954-cü il təvəllüdlü Şirəliyev Sərdar Eybalı oğlunu vurub.

Yaralı dərhal Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Fakt araşdırılır.

Açar sözlər:

Oxunub: 987