Diaspor Komitəsinin şöbə müdiri işdən çıxarılıb, mətbuat katibinə yeni vəzifə verilib
10:45 14 Sentyabr 2021
Diasporla İş üzrə Dövlət Komitəsində struktur və kadr dəyişikliyi olub.
"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı Dövlət Komitəsinin sədri Fuad Muradov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Diasporla İş üzrə Dövlət Komitəsinin təbliğat, informasiya və analitik təhlil şöbəsinim müdiri Aqil Əsədov tutduğu vəzifədən azad olunub.
Digər əmrlə Dövlət Komitəsinin Mətbuat katibi vəzifəsi həmin şöbəyə birləşdirilib.
Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri təyin edilib.
Oxunub: 863
Oxşar xəbərlər
- Diaspor nümayəndələri Cıdır düzündə Azərbaycan bayrağını dalğalandırıblar
- Diaspor Komitəsi Polşada ölən azərbaycanlı barədə açıqlama yaydı
- Diaspor Komitəsi Ukraynadakı azərbaycanlılara müraciət etdi
- Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlılara müraciət edib
- Diaspora Komitəsi xaricdəki azərbaycanlılara müraciət etdi
- Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlılarına müraciət etdi
- Diaspor Komitəsindən qərar: Düşərgə gənclər üçün ödənişsiz olacaq
- Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinə yeni səlahiyyət verildi
- Diaspor könüllüləri Tural Gəncəliyev ilə görüşüb
- Diaspor rəhbəri elmlər doktoru oldu - FOTO