"Bakı Metropoliteni" maşinist peşəsi üzrə seçim elan edib


12:47     14 Sentyabr 2021 21_09_14_1631607382.jpg

"Bakı Metropoliteni" QSC maşinist peşəsi üzrə namizədlərin növbəti seçimini elan edir.

Femida.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Seçimdə iştirak etmək istəyən namizədə dair tələblər aşağıdakı kimidir:

- yaşı 24-30 arasında olan kişi və qadınlar;

- ali texniki və orta texniki təhsilli, ilk peşə ixtisaslı;

- kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə).

Seçim məntiq testi, müsahibə və psixoloji testlərin keçirilməsi yolu ilə aparılacaq.

Uyğun namizədlər tibbi yoxlamadan sonra tədris prosesinə qatılacaqlar.

6-7 ay davam edəcək nəzəri və praktiki məşğələlərin hər mərhələsinin yekununda imtahanlar keçiriləcək.

İddiaçılar “Bakı Metropoliteni”nin veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olaraq, “Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar.

Elektron ərizə forması doldurularkən iddia edilən peşə kimi “MAŞİNİST” peşəsi mütləq qaydada göstərilməli və müvafiq xanaya yazılmalıdır.

Elektron ərizələr 15 sentyabr 2021-ci il tarixindən 30 sentyabr 2021-ci il tarixinə qədər qəbul edilir.

Göstərilən müddətdən əvvəl və sonra göndərilən, həmçinin “maşinist” peşəsi göstərilməyən elektron ərizələr diqqətə alınmayacaq. Çünki ərizə formaları proqramlaşdırılmış qaydada avtomatik qeydə alınır və “maşinist” qeydi olmayan ərizələr müvafiq ərizə bankına daxil olmur.

Açar sözlər:

Oxunub: 1132