Bakıda maskalı şəxslər şirkətə basqın etdi


21:06     06 Yanvar 2016 maskali.PNG

Soyuq silahlı növbə rəisinə hədə qorxu gələn 3 nəfər pulu götürüb uzaqlaşıblar


Lent.az-ın məlumatına görə, hadisə Xəzər rayonu Mərdəkan qəsəbəsidə yerləşən daş karxanasında baş verib. Gecə saatlarında karxanaya basqın edən 3 nəfər maskalı şəxs bıçaq və iri taxta parçaları ilə növbə rəisi Ağayev İlham Zəka oğluna hədə qorxu gəliblər və karxanadakı 700 manat pulu götürərək uzaqlaşıblar.

Qeyd edək ki, daş karxanasını istismar edən MMC İ.Ağayevin qardaşına məxsusdur.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Açar sözlər:

Oxunub: 1123