Yaqub Zurufçu vəfat edib


18:56     14 Sentyabr 2021 2021/09/1631631164_c761f4c4-a19c-37c4-bc81-5b9298f0f66c_850_1631631815.jpg

Azərbaycanın Əməkdar artisti Yaqub Zurufçu vəfat edib.

Femida.az xəbər verir ki, sənətçi bu gün müalicə aldığı "Yeni Klinika”da koronavirusdan dünyasını dəyişib.

Qeyd edək ki, Y.Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub və "Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilib. Müğənni süni nəfəs aparatına qoşulmuşdu.

Xatırladaq ki, Y.Zurufçu 1956-cı il aprelin 8-də Təbriz şəhərinin Çərandab məhəlləsində anadan olub. O, 15 yaşında Təbrizin Milli Televiziyasında ilk dəfə çıxış edərək "Evləri var xana-xana", "De gülüm gəlsin ay nənə", "Dilbər" mahnısını ifa edib. Y.Zurufçu ABŞ vətəndaşı olmaqla bərabər, 15 iyul 2009-cu ildən Azərbaycan vətəndaşlığı da alıb. 17 sentyabr 2009-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti adına layiq görülüb.

Ailəlidir, 3 övladı var.

Allah rəhmət eləsin!

Femida.az

Açar sözlər:

Oxunub: 1139