Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb


19:09     14 Sentyabr 2021 2021/09/67eed056-2b0b-3f12-974d-0ad728b40d81_1631632218.jpeg

Azərbaycanda son sutkada koronavirus əleyhinə 69221 vaksin vurulub.

Bu barədə Femida.az- a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22023, ikinci mərhələ üzrə 47198 nəfərdir.

Vaksinlərin ümumi sayı 7 680 427, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 530 138, ikinci mərhələ üzrə isə 3 150 289 nəfər təşkil edir.

Femida.az

Açar sözlər:

Oxunub: 945