"Peyvənd pasportları səyahət üçün istifadə edilməməlidir" - ÜST


20:23     14 Sentyabr 2021 2021/09/9fcde017-3cdf-3ae1-a805-69771511019c_850_1631636716.jpg

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hazırda peyvənd pasportlarının səyahət şərtləri kimi tələb olunmasına qarşı çıxıb.

Femida.az TASS-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus keçirdiyi brifinqdə deyib.

"Peyvənd pasportlarının səyahət üçün şərt olaraq istifadə edilməsini istəmirik. Bunun səbəbi hazırda heç də hamının vaksin olunmamasıdır. Bu, ayrı-seçkilik üçün bir vasitə olacaq", - Qebreyesus bildirib.

ÜST-ün baş direktoru qeyd edib ki, gələcəkdə vaksin olunanların sayı artdıqca, bu ehtimal nəzərdən keçirilə bilər.

Femida.az

Açar sözlər:

Oxunub: 528