Kürdəmirdə avtomobil 37 yaşlı piyadanı vurub


09:21     15 Sentyabr 2021 piyada_olumu_233.jpg

Kürdəmirdə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə Babək prospektində qeydə alınıb.

Belə ki, "Nissan" markalı avtomobil yolu keçmək istəyən 37 yaşlı Hacıyev Amil Kamil oğlunu vurub. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Fakt araşdırılır.

Açar sözlər:

Oxunub: 993