Rusiyadan Azərbaycana ixrac olunan məhsullarda yoxlamalar aparılıb


12:58     15 Sentyabr 2021 21_09_15_1631694270.jpg

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Tatarıstandakı idarəsi ölkədən ixrac olunan 55 min ton məhsulda yoxlamalar aparıb.

Femida.az bu barədə "Rosselxoznadzor"a istinadən xəbər verir.

Məlumata görə, bunun 37 min tonu dənli-paxlalı bitkilər, yağlı toxumlar və texniki bitkilər, 18 min tonu isə emal olunmuş taxıl məhsulları, kənd təsərrüfatı bitkilərinin toxumları olub.

Emal olunmuş taxıl məhsulları və yem qarışıqlarının Çexiya, Polşa, Azərbaycan, Litva və Latviyya, qarabaşaq yarmasının isə Belarus, Qazaxıstan və Ermənistana göndərildiyi bildirilir.

Açar sözlər:

Oxunub: 1251