Qəbələdə avtomobil piyadanı vuraraq öldürüb


13:22     15 Sentyabr 2021 21_09_15_1631695819.jpg

Qəbələ rayonunda yol qəzası olub.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 14-ü saat 23 radələrində Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisində Şəki rayon sakini R.Şirinov idarə etdiyi “Dacia” markalı avtomobillə yolu keçən qəsəbə sakini Zəka Quliyevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qəbələ Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 813