Bakıda avtomobil yolu keçən qadını vuraraq öldürüb


14:20     15 Sentyabr 2021 21_09_15_1631697166.jpg

Bakıda yol-nəqliyyat hadisəsi olub.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 14-ü saat 19 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Bakı şəhər sakini C.Məmmədov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən paytaxt sakini Nuranə Nağıyevanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Xəzər Rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1083