Paşinyandan Eyvazlı və Çayzəmi kəndləri ilə bağlı etiraf


19:54     15 Sentyabr 2021 2021/09/pashi-1631723683_1631725012.jpg

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı Gorus-Qafan yolunda İrana məxsus yük maşınlarının Azərbaycan polisi tərəfindən yoxlanılması barədə sualı cavablandırarkən Eyvazlı və Çayzəmi kəndlərinin Azərbaycana məxsus olduğunu bir daha etiraf edib.

"Bu kəndlərin adlarının azərbaycanca deməyimin sadə səbəbi var. Mən bunu ona görə etdim ki, Ermənistan vətəndaşlarına bu məsələ aydın olsun: adıçəkilən kəndlər Ermənistan Respublikasının və ya Sovet Ermənistanının ərazisində deyil. Ermənistan Respublikası bunu 2010-cu il inziibati bölgü haqqında qanunla de-yure tanıyıb", - baş nazir bildirib.

Xatırladaq ki, avqustun 27-də Ermənistanın baş naziri Nikol Paşinyan hökumət iclasında çıxışı zamanı Azərbaycan toponimlərindən istifadə etmişdi: "Eyvazlı və Çayzəmi hissələrində yolun açılması regional sabitliyin çox yaxşı simvoluna çevrilə bilər".

Femida.az

Açar sözlər:

Oxunub: 618