Britaniyanın yeni xarici işlər naziri Liz Trass oldu


21:55     15 Sentyabr 2021 2021/09/liz-(1)_1631728636.jpg

Böyük Britaniyanın beynəlxalq ticarət naziri Liz Trass xarici işlər naziri vəzifəsinə gətirilib.

Femida.az “RİA Novosti”yə istinadən xəbər verir ki, o, bu vəzifədə Dominik Raabı əvəz edib.

Qeyd edək ki, Dominik Raab Baş nazirin müavini, ədliyyə naziri və xəzinə lordu vəzifələrinə təyin olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 1152