Bakıda insan sümükləri aşkarlanıb


23:52     15 Sentyabr 2021 2021/09/2e2461f4-0fa5-353b-95d6-5c542fde46ca_850_1631736278.png

Paytaxtın Yasamal rayonu, kənar dairəvi yol, Qanlıgölün qərb hissəsində, köməkçi yolun sağ kənarında yerləşən təpəliyin təxminən yerdən 8 metr hündürlüyündə olan qatları arasında 3 ədəd insan kəllə sümüyünə bənzər qalıqların, o cümlədən insan skeletinin digər hissələrinin aşkar olunması faktı ilə bağlı hazırda Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Bu barədə Femida.az-a Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə əraziyə baxış keçirilib, aşkar olunmuş insan skeletinə bənzər sümüklər müvafiq qaydada qablaşdırılaraq götürülüb.

İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib.

Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 937