Bakıda 29 yaşlı şəxs qətlə yetirilib


13:48     16 Sentyabr 2021 21_09_16_1631784611.jpg

Bakıda qətl hadisəsi olub.

Bu barədə Femida.az-a Sabunçu Rayon Prokurorluğundan məlumat verilib.

Belə ki, sentyabrın 15-i saat 01 radələrində 1992-ci il təvəllüdlü Cabir Abulovun bıçaqlanaraq xəsarət alması nəticəsində ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına daxil olması və orada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla 1975-ci il təvəllüdlü İlqar İsmayılovun aralarında yaranmış münaqişə zamanı Cabir Abulova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İlqar İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Açar sözlər:

Oxunub: 934