DYP həftəsonu sərnişin daşıyanlara xəbərdarlıq edib


10:15     17 Sentyabr 2021 2021/09/15923331919410926475ee91387d8ae1_1631860976.jpg

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftənin sonlarında sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə növbəti dəfə xəbərdarlıq edib.

BDYPİ-dən Femida.az- a daxil olan məlumatda deyilir:

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ölkə ərazisində həftəsonları ictimai nəqliyyatda sərnişindaşıma fəaliyyəti dayandırılıb. Lakin bu vəziyyəti fürsət bilən bəzi sürücülər həftəsonları əsasən mikroavtobus tipli nəqliyyat vasitələri ilə sərnişin daşınması qaydalarını pozaraq qeyri-qanuni fəaliyyət göstərirlər və bununla da infeksiyanın yayılmasına şərait yaradırlar.

Qanunsuz daşımalarda iştirak edən sərnişinlər belə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacağını nəzərə alsınlar və yollarda çətinliklərlə üzləşməmək üçün vacib işlərini həftəsonlarına saxlamasınlar.

Bir daha aidiyyəti şəxslərin nəzərinə çatdırırıq ki, sərnişindaşımada, eləcə də taksilərdə tələb olunan qaydaların pozulmasına görə ciddi inzibati tənbeh tədbirləri görüləcək".

Femida.az

Açar sözlər:

Oxunub: 265