“Üç qardaş - 2021” in növbəti mərhələsi icra edilib - VİDEO
21:38 17 Sentyabr 2021
Azərbaycan, Türkiyə və Pakistan Respublikaları arasında hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Bakıda keçirilən “Üç qardaş - 2021” beynəlxalq təliminin növbəti mərhələsi uğurla icra olunub.
Müdafiə Nazirliyindən Femida.az -a verilən məlumata görə, təlimin planına uyğun olaraq, xüsusi təyinatlılar döyüşə hazır vəziyyətə gətirilərək bölmələrimizin müdafiəsinin dərinliyinə daxil olan şərti düşmən qruplaşmasının məhv edilməsi tapşırıqlarını yerinə yetiriblər.
Sentyabrın 20-dək davam edəcək təlimlərin bu mərhələsində də qardaş ölkələrin xüsusi təyinatlıları yüksək peşəkarlıq nümayiş etdiriblər.
Femida.az
Oxunub: 570