İmişli sakini qohumuna 18 bıçaq zərbəsi vuraraq qətlə yetirib


09:12     18 Sentyabr 2021 bicaq.jpg

İmişlidə 33 yaşlı kişi qətlə yetirilib.

Femida.az -ın məlumatına görə, hadisə İmişli rayonunun Çaxırlı kəndində baş vrib.

Kənd sakini, 1993-cü il təvəllüdlü Mürsəlov Azad Adil oğlu münaqişə zəminində qohumu, 1988-ci il təvəllüdlü Vəliyev Cabir Nadil oğlunu 18 bıçaq zərbəsi ilə qətlə yetirib.

A.Mürsəlov polis tərəfindən saxlanılıb.
Faktla bağlı İmişli Rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 385