Zaqatalada fərdi yaşayış evi yanıb, bir nəfər xəsarət alıb


09:26     18 Sentyabr 2021 21_09_18_1631937838.jpg

Sentyabrın 17-dən 18-ə keçən gecə Zaqatala şəhərinin Vaqif küçəsində Yusif İbrahim oğlu Rəcəbova məxsus, ümumi sahəsi 200 kv/m olan ikimətəbəli fərdi yaşayış evində yanğın baş verib.

Femida.az -ın məlumatına görə, yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib.

Yanğın nəticəsində evin daş örtüyü və ikinci mərtəbədəki iki otağın yanar konsrtuksiyaları ev əşyaları ilə birlikdə yanıb. Evin birinci mərtəbəsi yanğından mühafizə olunub.

Yanğın zamanı bir nəfər 1989-cu il təvəllüdlü Turac Telman oğlu Nağıyev tüstüdən zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxanada T. Nağıyevə lazımi tibbi yardım göstərildikdən sonra xəsarəti yüngül olduğundan evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 359