"Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir" - Hulusi Akar


15:10     18 Sentyabr 2021 2021/09/16050783581841859386_1000x669_1631971455.jpg

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır".

Femida.az-ın xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətləri fasiləsiz olaraq davam edir: "Məqsədimiz dost və qardaş ölkələrin sülh, təhlükəsizlik və sabitlik içərisində yaşamasına töhfə verməkdir".

Nazir həmçinin azərbaycanlıların və liviyalıların haqq işində yanında olmağa davam edəcəklərini də vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 994