Azərbaycan qırıcıları Türkiyədə nümunəvi uçuşlar edəcək


18:25     18 Sentyabr 2021 2021/09/740e7c57-ba4c-3c2d-9330-bd63c2df07b0_850_1631974626.jpg

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup heyəti və aviasiya vasitələri “Texnofest-2021” festivalında iştirak edəcək.

Müdafiə Nazirliyindən Femida.az- a verilən məlumata görə, sentyabrın 21-də Türkiyənin İstanbul şəhərində başlayacaq festivalda Azərbaycan tərəfindən HHQ-nin 2 ədəd MiQ-29 qırıcı təyyarəsinin nümunəvi uçuşları planlaşdırılır.

Qeyd edək ki, festival sentyabrın 26-dək davam edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 449