Çində təhsil alan azərbaycanlı idmançı vəfat edib
22:15 18 Sentyabr 2021
Çinin Pekin İdman Universitetində təhsili alan azərbaycanlı idmançı Sadiq Həsənov dünyasını dəyişib.
Femida.az xəbər verir ki, S.Həsənov bu gün vəfat edib.
O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Mərhum idmançı sabah doğulduğu Cəlilabad rayonunun Günəşli kənd qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Sadiq Həsənağa oğlu Həsənov 1985-ci ildə anadan olub.
O, Sumqayıt Dövlət Universitetininin tarix fakültəsinin məzunudur.
S.Həsənov bakalavrı bitirdikdən sonra magistr təhsilini Çinin Pekin İdman Universitetində dövlət hesabına bitirib.
Sonradan həmin universitetdə doktorantura təhsilinə başlayıb və təhsilini davam etdirib.
S.Həsənov uzun illər idmanın bir neçə - kinqboks, tayboks, taekvando, uşu-sanda, qaydasız döyüş növləri ilə məşğul olub və dəfələrlə ölkə çempionu olub.
O, mütəmadi olaraq, Çində ölkəmizi bu idman növləri üzrə layiqincə təmsil edib.
S.Həsənov həmçinin peşəkar fitneslə də məşğul olub və Çinin müxtəlif şəhərlərində dəfələrlə fitnes-model yarışlarının qalibi olub.
İdmançı həmçinin bu ölkədə müxtəlif döyüş səhnələrindən bəhs olunan filmlərə çəkilib.
Femida.az
Oxunub: 1357
Oxşar xəbərlər
- Çində koronavirusun "omikron" ştamının yeni alt növü müəyyən edilib
- Çində partlayış olub, ölən və yaralanan var
- Çində güclü leysan-73 ölüm
- Çində yanğın 14 nəfərin ölümünə səbəb oldu
- Çində avtobusla yük maşını toqquşub, ölənlər var
- Çində metro su ilə doldu, ölənlər və yaralılar var
- Çində partlayış zamanı 11 nəfər ölüb, 144 nəfər yaralanıb
- Çində dəmir filizi mədənini su basıb, 14 nəfər itkin düşüb
- Çində kömür mədənində partlayış olub, ölən var
- Çində ultramarafon zamanı 21 nəfər donaraq ölüb