Bir sıra ölkələrdə uşaqlar az tanınan virusa yoluxmağa başlayıblar
09:33 19 Sentyabr 2021
Amerika Birləşmiş Ştatları, İsveçrə, Böyük Britaniya və Yaponiyada həkimlər uşaqlar arasında tənəffüs yolu xəstəliklərinə səbəb olan, az tanınan respirator-sinsitial virusa (RSV) kütləvi yoluxma hallarını qeydə alıblar.
Femida.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Alimlərin sözlərinə görə, COVID-19 pandemiyası respirator-sinsitial virusların (RSV) yayılmasına təsir edib və karantin tədbirlərinə görə uşaqlarda virusa qarşı immunitet inkişaf etməyib.
ABŞ-ın Nyu-York şəhərinin xəstəxanalarından birində Uşaq Yoluxucu Xəstəlikləri Bölməsinin rəhbəri Rabia Aqa qeyd edib ki, yeni virusa yoluxma halları hələ apreldə olub. Onun sözlərinə görə, bunun nəticəsində xəstəxananın intensiv terapiya bölməsi qısa zamanda xəstələrlə dolub.
"Bu bizi təəccübləndirdi. Bilirdik ki, diqqəti buna yönəltməyə dəyər, amma düşünmürdük ki, xəstələr bu qədər çox olacaq", - İsveçrənin Sürix Universiteti Klinikasının həkimi Kristof Berqer deyib.
Qeyd edək ki, kəskin respirator virus infeksiyaları, yoluxucu virus xəstəliklərinin böyük qrupunu özündə birləşdirir. Həmin xəstəliklər zamanı əsasən tənəffüs sistemi üzvlərinin selikli qişaları zədələnir. Bu qrup xəstəliklərə: qrip, paraqrip, adenovirus, rinovirus və respirator-sinsitial virusların törətdiyi xəstəliklər aiddir.
Kəskin respirator virus infeksiyaları Yer üzərində ən çox yayılan və epidemiyaya meylli xəstəliklərdəndir. Hesablamalara əsasən hər il dünyada 1 milyarddan çox insan bu xəstəliklərlə mübarizə aparır. Bunların 70 %-i körpələrin və uşaqların payına düşür. Xəstələnmə ən çox 2-4 yaşlı və məktəb yaşlı uşaqlar arasında olur.
Oxunub: 605
Oxşar xəbərlər
- Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SİYAHI
- Bir qrup səhiyyə işçisi təltif edilib - SİYAHI
- Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib
- Birinci Qarabağ müharibəsi əlilləri ilə bağlı komissiya yaradılıb - SİYAHI
- Birinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvlərinin kredit borclarının silinməsi təklif edilib
- Birinci vitse-prezident Zəngilan səfərindən görüntü paylaşıb - VİDEO
- Bir qrup şəhid ailəsi və müharibə əlilinə mənzil verilib
- Bir gündə toylara görə 7 nəfər cərimələnib
- Bir gündə 5 koronavirus xəstəsi saxlanılıb, 2 nəfər barəsində cinayət işi açılıb
- Birinci MDB Oyunlarında 35-ci medalı qazandıq