Türkiyə ordusu PKK terrorçularını məhv edib


09:42     19 Sentyabr 2021 21_09_19_1632025509.jpg

Türkiyə ordusunun xüsusi təyinatlı qüvvələri PKK terrorçularını zərərsizləşdirib.

Femida.az -IN məlumatına görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi xəbər verib.

Məlumata görə, PKK/YPG terrorçularının Suriyanın şimalında “Barış pınarı” əməliyyat bölgəsinə hücuma hazırlaşdığı müəyyənləşdirilib. Ordunun həyata keçirdiyi tədbirlər nəticəsində 7 terrorçu məhv edilib.

Nazirlik terrorçulara qarşı qətiyyətli əməliyyatın davam etdiyini bildirib.

Açar sözlər:

Oxunub: 1067