Ermənistanda koronavirusdan ölənlərin sayı 5 131-ə yüksəlib


11:42     19 Sentyabr 2021 21_09_19_1632036296.jpg

Ermənistanda daha 507 nəfər COVID-19-a yoluxub.

Femida.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 253 600-ə çatıb. Son sutkada koronavirusdan 14 nəfər ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 5 131-ə yüksəlib.

Koronavirusa yoluxan 236 088 nəfər sağalıb. Hazırda 11 190 pasiyent müalicə olunur.

Açar sözlər:

Oxunub: 868