Türkiyədə azərbaycanlı qadını öldürən kişi intihar edib


13:14     19 Sentyabr 2021 21_09_19_1632042950.jpg

Türkiyədə azərbaycanlı qadın qətlə yetirilib.

Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Nevşehirdə baş verib.

Azərbaycanlı qadın Tərhanə Yaman evinə getdiyi tanışı, Duran Aşar tərəfindən öldürülüb.

Belə ki, tərəflər arasında yaranan mübahisə qanla bitib. Duran Aşar 53 yaşlı Tərhanə Yamana tüfənglə atəş açıb. Qadın aldığı güllə yarasından hadisə yerində keçinib.

Qətli törədən şəxs isə Kayseriyə gedib və orada özünü qatarın altına ataraq intihar edib. Bildirilib ki, maddi çətinliyi olan Duran Yaşar öz evində kirayə yaşayırmış.

Açar sözlər:

Oxunub: 1148