Daha 1 734 nəfər koronavirusa yoluxub, 25 nəfər ölüb


17:41     19 Sentyabr 2021 2021/09/640a4f2c-7eb3-3c4e-939d-6384ce372749_1632058952.jpeg

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 734 yeni yoluxma faktı qeydə alınıb, 3 378 nəfər müalicə olunaraq sağalıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az- a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 472 719 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 434 095 nəfər müalicə olunaraq sağalıb, 6 305 nəfər vəfat edib, aktiv xəstə sayı 32 319 nəfərdir.

Ölkədə son sutka ərzində 12 780, hazırkı dövrədək isə 4 744 161 test aparılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 354