Göygöldə qəza olub, xəsarət alanlar var


09:58     20 Sentyabr 2021 21_09_20_1632111214.jpg

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə Gəncə-Göygöl avtomobil yolunun rayonun Toğanalı kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “NİVA” markalı minik maşını ilə “KamAZ” markalı yük maşını toqquşub. Qəza zamanı "NİVA"-nın sürücüsü, 1959-cu il təvəllüdlü Bayarmov Bəharam Qəhraman oğlu və sərnişin, 1987-ci il təvəllüdlü Həsənova Firəngiz Oktay qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 860