Bakıda avtomobil 42 yaşlı qadını vurub


11:12     20 Sentyabr 2021 21_09_20_1632116469.jpg

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1979-cu il təvəllüdlü Qarayeva Vəfa İsmayıl qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona üz, baş və bədənin digər nahiyələrinin çoxsaylı yaraları diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 879