Nazirlik qazinin problemini nəzarətə götürdü


21:42     20 Sentyabr 2021 2021/09/24229-1632151398_1632160516.jpg

Cəlilabad rayonu sakini, Vətən müharibəsi iştirakçısı Ağayev Fariz Hidayət oğlunun sosial mediada yayılan şikayəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində araşdırılıb.

Femida.az-ın xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sözçüsü Fazil Talıbov bildirib Onun sözlərinə görə, Fariz Ağayevin də sosial məişət şəraiti daim diqqətdə olub. Belə ki, ailə təsərrüfatının qurulması üçün hələ bu ilin aprel ayında o, özünüməşğulluq proqramına cəlb edilib və bunun üçün avqustun 9-da ona iribuynuzlu heyvandarlıq sahəsi üzrə aktivlər (3 inək və 400 kq yem) təqdim edilib:

"Fariz Agayevin əlilliyinin qiymətləndirilməsi isə, ilk növbədə aidiyyəti qurumlar tərəfindən onunla bağlı müvafiq sənədlər (şəhadətnamə və göndəriş) təqdim edildiyi halda həyata keçiriləcək. Bununla belə Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyin həkim-ekspertləri Farizi evində əyani müayinə edərək nəticəsinə əsasən əlilliyinin qiymətləndirilməsi üçün sənədləşmə prosesində müvafiq dəstəyin göstəriləcəyi bildirilib.

Farizə ailəsinin ünvanlı sosial yardım almaq hüququna baxılması üçün hazırda ailənin mülkiyyətində olan torpaq sahəsinin qanunvericiliyin tələbinə əsasən rəsmiləşdirilməsi də tövsiyə olunub".

Femida.az

Açar sözlər:

Oxunub: 392