"Siyasi partiyalar Prezidentin mövqeyini dəstəkləyirlər" - Ədalət Vəliyev


15:19     21 Sentyabr 2021 2021/09/91726-1632223185_1632226812.jpg

"Siyasi partiyalar xarici siyasət sahəsində atılmış addımlar, Şuşa Bəyannaməsinin imzalanması, eləcə də Qərbi Zəngəzurla bağlı Azərbaycan Prezidentinin mövqeyini təqdir edir və dəstəkləyirlər".

Femida.az-ın xəbərinə görə, bunu Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev deyib.

Dövlət başçısı zamanın tələbləri ilə uzlaşan islahat və inkişaf konsepsiyasının növbəti mərhələsinin səciyyəvi cəhətlərinə toxunan şöbə müdiri müxtəlif siyasi qüvvələrin adekvat təmsil olunduğu altıncı çağırış Milli Məclisdə yeni demokratik mühit formalaşdığını, müxalifət nümayəndələrinin parlamentdə rəhbər vəzifələr tutduğunu deyib.

O bildirib ki, Milli Məclisin fəaliyyətinin dövlət başçısının daxili və xarici siyasətinə, eləcə də tövsiyələrinə uyğun, yüksək səviyyədə qurulması üçün zəruri addımlar atılması, o cümlədən deputat fəallığının artırılması ilə vətəndaş məmnunluğu yüksəldilib.

Femida.az

Açar sözlər:

Oxunub: 497