Azad olunan ərazilərdə xidmət edənlərin övladlarının harada təhsil alacağı açıqlanıb


19:30     22 Sentyabr 2021 2021/09/1beae149-9455-395e-8f01-d045a7e08122_850_1632328305.jpg

"Xidməti fəaliyyəti ilə bağlı işğaldan azad edilən ərazilərdə yaşayan şəxslərin övladları hazırda əvvəl oxuduqları təhsil müəssisələrində təhsillərini davam etdirirlər".

Bu barədə Femida.az-a Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, işğaldan azad edilən ərazilərdə hazırda ümumi təhsil müəssisələri hələ ki fəaliyyət göstərmir.

Xatırladaq ki, bu gün ölkədə fəaliyyət göstərən məktəblərdə aşağı siniflər üzrə (I-IV) ənənəvi əyani tədris bərpa olunub. Sentyabrın 29-da isə yuxarı sinif (V-XI) şagirdləri, eləcə də ali və orta ixtisas təhsili müəssisələrində tədris başlayacaq.


Femida.az

Açar sözlər:

Oxunub: 963