Bakıda 32 yaşlı kişi bıçaqlanıb


09:50     23 Sentyabr 2021 21_09_23_1632370243.jpg

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Çiçək qəsəbəsində 1989-cu il təvəllüdlü Quliyev Vüqar Məhəmməd oğlu mübahisə zəminində bıçaqlanıb. O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı yaralıya qarnın sol yan divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1072