Kürdəmirdə qadına qarşı soyğunçuluq edən dəstə zərərsizləşdirilib


11:12     23 Sentyabr 2021 21_09_23_1632375970.jpg

Kürdəmirdə qadına qarşı soyğunçuluq etməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb.

Femida.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Yeni Şıxımlı kəndindən keçən hissəsində qeydə alınıb.

Beləki, Ağsu rayon sakini Burcəliyeva Kəmalə Xanəli qızı DİN-nin 102 xidmətinə və Kürdəmir rayon Polis Şöbəsinə müraciət edərək rayon ərazisində tanımadığı dörd nəfər şəxsin ona qarşı soyğunçuluq əməli törətməklə çantasından pullarını və müxtəlif əşyalarını oğurlayaraq qaçıb getmələrii barədə məlumat vermuşdir.

Dərhal Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçrilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olmuşdur ki, K.Burcəliyevaya qarşı soyğunçuluq əməlini törədənlər Kürdəmir rayon Yeni Şıxımlı kənd sakinləri Şıxəliyev Loğman Fariz oğlu, Səmidov Amil Famil oğlu, Həmidov Saməddin Qüdrət oğlu və Cəbrayılov Nicat Elçin oğludur.

Onlar qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək açıq talama və tamah məqsədilə Kəmalə Burcəliyevaya qarşı zor tətbiq etməklə onun əl çantasından ümumi dəyəri 109 manat dəyərində pul və müxtəlif əşyalarını oğurlamaqla ona qarşı soyğunçuluq əməli törətmişlər.Polis əməkdaşları onları saxlanılaraq rayon polis şöbəsinə gətirmiş və ilkin dindirmə zamanı onlar etdikləri cinayət əməlini etiraf edib bu işdən peşman olduqlarını bildiriblər.Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsinin istintaq bölməsində cinayət işi açılıb və istintaq davam edir.

Açar sözlər:

Oxunub: 1072