Bakıda ağacların kəsilməsi ilə bağlı toplanmış sənədlər prokurorluğa göndərilib


11:22     23 Sentyabr 2021 21_09_23_1632380120.jpg

Binəqədi rayonu, Mirzə Məmmədxan küçəsi 74 ünvanında, "Oba market"in qarşısında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət əsasında aparılan araşdırma başa çatıb.

Bu barədə Femida.az-a Xidmət rəsmisi Vaqif Cavadov bildirib.

O deyib ki, araşdırma zamanı sözügedən ərazidəki ağacların kəsilməsinə görə təbiətə 1 200 manat məbləğində ziyan dəydiyi müəyyən edilib: “İlkin araşdırma zamanı "Oba market"in qarşısındakı ağacların marketin rəhbərliyinin göstərişi əsasında kəsildiyinə əsaslı şübhələr yarandığından və təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Binəqədi Rayon Prokurorluğuna göndərilib”.

V.Cavadov onu da qeyd edib ki, kəsilmiş və düzgün budanmamış ağacların yerinə yenilərinin əkilməsi üçün Bakı şəhər Yaşıllaşdırma Birliyinə rəsmi müraciət olunub.

Açar sözlər:

Oxunub: 401