Naxçıvanda müharibə əlillərinə ev tikiləcək
16:35 23 Sentyabr 2021
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının ərazisində yaşayan Vətən müharibəsi ilə əlaqədar şəhid ailəsi statusu almış, habelə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında sərəncam imzalayıb.
Femida.az xəbər verir ki, sərəncama əsasən Naxçıvan Muxtar Respublikasının ərazisində yaşayan Vətən müharibəsi ilə əlaqədar şəhid ailəsi statusu almış, habelə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzillə və ya fərdi evlə təmin olunması məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 1,0 (bir) milyon manat vəsait ayrılıb.
Maliyyə Nazirliyi maliyyələşməni təmin etməli, Nazirlər Kabineti isə sərəncamdan irəli gələn məsələləri həll etməlidirlər.
Femida.az
Oxunub: 1199
Oxşar xəbərlər
- Naxçıvanda Ermənistana məxsus PUA zərərsizləşdirilib
- Naxçıvanda avtomobil yolu keçən piyadanı vuraraq öldürüb
- Naxçıvanda məktəbin uçması nəticəsində ölən şəxslərin sayı 4-a çatıb - RƏSMİ
- Naxçıvanda gömrükçülər 100 kiloqrama yaxın heroin müsadirə edib
- Naxçıvanda avtomobil ər-arvadı vuraraq öldürüb
- Naxçıvanda gəlinini boğaraq öldürən şəxsin məhkəməsi başlayır
- Naxçıvanda yeni təyinat olub
- Naxçıvanda maaşlar artıb
- Naxçıvanda gənc əsgərlər hərbi andı qəbul ediblər
- Naxçıvanda gənc əsgərlər hərbi andı qəbul ediblər