Anım Günü şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq


19:26     23 Sentyabr 2021 2021/09/unnam-1632406967_1632410867.jpg

Sentyabrın 27-də saat 12:00-da Azərbaycanda Anım Günü ilə əlaqədar şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq.

Təşkilat Komitəsindən Femida.az-a verilən məlumata görə, Anım Günündə axşam saatlarında xüsusi işıqlandırma ilə bir sıra binalarda, o cümlədən Heydər Əliyev Mərkəzinin binasının və “Alov qüllələri”nin üzərində Azərbaycan bayrağı əks olunacaq.

Eyni zamanda Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən də anım tədbirləri keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 422