Türkiyədə körpələrə səhvən koronavirus peyvəndi vurulub
19:50 23 Sentyabr 2021
Türkiyədə 6 aylıq uşaqlara səhvən koronavirusa qarşı peyvənd vurulub.
Femida.az xəbər verir ki, bu məlumatı İzmirdə Ege Universitetinin tibb fakültəsinin professoru Zafer Kurugöl “NTV” telekanalının efirində açıqlayıb.
Onun sözlərinə görə, 6 aylıq uşaqlara qızılca və ya hepatit B xəstəliklərinə qarşı peyvənd əvəzinə COVID-19 vaksini vurulub.
Zafer Kurugöl, həmçinin qeyd edib ki, bu, uşaqlarda heç bir əks təsir göstərməyib, hətta onlarda koronavirusa qarşı antitel yaradıb.
Bu açıqlamanın ardından Türkiyənin Səhiyyə Nazirliyi və Ege Universitetinin tibb fakültəsi araşdırmalara başlayıb.
Femida.az
Oxunub: 1246
Oxşar xəbərlər
- Türkiyədə ağır yol qəzasında 8 nəfər ölüb, 10 nəfər ağır yaralanıb
- Türkiyədə Ukrayna taxılı daşıyan Rusiya gəmisi saxlanılıb
- Türkiyədə xüsusi təhlükəli terrorçu zərərsizləşdirilib
- Türkiyədə mədəndə qəza olub, 10 nəfər yaralanıb
- Türkiyədə Azərbaycan hərbçilərinin qatıldığı təlimin növbəti mərhələsi başlayır
- Türkiyədə “Eren Abluka” əməliyyatı çərçivəsində 12 terrorçu zərərsizləşdirilib
- Türkiyədə sərnişin təyyarəsi təcili eniş edib
- Türkiyədən dəhşətli xəbər gəldi: Ölənlər və yaralılar var
- Türkiyədə zəlzələ olub
- Türkiyədə hərbçilərin olduğu avtomobil qəzaya uğrayıb, ölən və yaralananlar var