"İğdırdan Azərbaycana yol çəkiləcək" - Ərdoğan


20:58     23 Sentyabr 2021 2021/09/1632411174_1632412744.jpg

"Türkiyə Prezidenti qeyd edib ki, İğdırdan Azərbaycana yol çəkiləcək. Bura dəmir yol xətləri də daxildir. Bu yolun çəkilməsi çox önəmli bir addım olacaq".

Femida.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da türkiyəli jurnalistlərə müsahibəsində deyib. O bildirib ki, əgər Rusiya prezidenti Vladimir Putin dövlət xadimi keyfiyyətlərini tam mənasında ortaya qoymasaydı, Azərbaycana çıxış əldə edilə bilməzdi:

"Putin dövlət xadimi kimi tam mənasında və qərarlı şəkildə keyfiyyətlərini nümayiş etdirdiyinə görə, müsbət şəkildə Azərbaycan çıxış əldə etmək şansı qazandıq. Hazırda Azərbaycanda gərgin fəaliyyətimiz davam edir. Məsələn, cənab Prezident İlham Əliyev istədiyi vaxt, istədiyi formada Putinlə danışır, görüşür. Çox qısa zamanda əlaqələrimizi qurub müzakirələrimizi apara bilirik", - Ərdoğan bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 1025