Müdafiə Nazirliyi açıqlama yaydı


16:10     24 Sentyabr 2021 2021/09/qazi_1632485497.jpg

Müdafiə Nazirliyi vətəndaş Ağayev Rahib Savadxan oğlunun narazılığını əks etdirən videogörüntülərlə bağlı məlumat yayıb.

Femida.az xəbər verir ki, məlumata əsasən, R.Ağayev Baş Klinik Hospitalda müalicə olunmaq üçün Müdafiə Nazirliyinə müraciət edib. Vətəndaşın müraciətinə Müdafiə Nazirliyinin Tibb İdarəsində baxılıb və ona cari ilin fevral ayında müvafiq rəsmi cavab göndərilib:

"Cavabda Müdafiə Nazirliyinin hərbi müalicə müəssisələrində hazırda həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların müayinə və müalicəsinin təmin edildiyi bildirilib. Hərbi xidmətdən tərxis olunan vətəndaşların isə Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) müalicə müəssisələrində ödənişsiz müalicə almaq hüququna malik olduğu qeyd edilib və vətəndaşın həmin qurumlara müraciət etməsi tövsiyə olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 895