Ər arvadını niyə öldürdü? - Dəhşətli qətlin təfərrüatı (FOTO)


13:19     07 Yanvar 2016 1052176_10203994444861235_7024148404936095364_o.jpg

Füzulidə ər arvadının boğazını kəsib.


Femida.az-a verilən məlumata görə, hadisə rayonun Bala Bəhmənli kəndində baş verib. Kənd sakini Gəncəvi Sadıqov həyat yoldaşı Vüsalə Sadıqova ilə mübahisə edib. Vüsalənin yaxınlarının sözlərinə görə, G.Sadıqov əvvəlcə otaqda çörək bişirəmək üçün xəmir hazırlayan həyat yoldaşına bir neçə yumruq zərbəsi endirib. Daha sonra əlinə keçən bıçaqla elə övladlarının gözü qarşısında onun boyun nahiyəsinə bir zərbə vurub. Ərinin əlindən qaçaraq qonşudan kömək istəyən Vüsalə küçədə müvazinətini itirərək yerə yıxılıb. Yaralı halda olan Vüsalə Sadıqova xəstəxanaya çatdırılsa da o, dünyasını dəyişib.

Mərhumun yaxınlarının sözlərinə görə, Gəncəvi Sadıqov içki aludəçisi olub. "Qadına deyib ki, mənə pul ver, araq almağa gedirəm. Uşaqların dediyinə görə, qadının əli xəmirlı olub, o, deyib əlimi təmizləyim səbrin olsun, verəcəm. Bu da səbr etməyib, götürüb vurub onu", - deyə mərhumun qohumu Qiyas Həsənov bildirib.

Qətli törətdikdən sonra yaxınlıqdakı kafeyə gedən Gəncəvi Sadıqovu polis yaxalayıb. Hazırda faktla bağlı Füzuli rayon Prokurorluğunda cinayət işi açılıb. Qətlin hansı səbəbdən törədilməsinin dəqiq səbəbləri araşdırmalardan sonra məlum olacaq.











Açar sözlər:

Oxunub: 1545